Bu ilin oktyabrında Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin ev-muzeyinin təşkilatçılığı ilə “Hüseyn Cavidin əsərlərinin gənc nəslin tərbiyəsində rolu” mövzusunda respublika elmi konfransı keçiriləcək.
Ev-muzeyindən bildirilib ki, konfrans H.Cavidin anadan olmasının 133-cü ildönümünə həsr edilib.
Konfransa “Hüseyn Cavidin dini, fəlsəfi-əxlaqi, pedaqoji görüşləri yeni nəslin düşüncə konsepsiyası kimi”, “Hüseyn Cavidin ədəbi-bədii irsinin didaktik əhəmiyyəti”, “Hüseyn Cavid ideyaları milli tərbiyəvi idealın reallaşdırılması müstəvisində”, “Hüseyn Cavidin ideya-mənəvi düşüncə tərzi məktəblilərin bədii-estetik zövqünün formalaşdırılması metodu kimi”, “Ədəbiyyatın və dilin tədrisində mənəvi dəyərlər problemi (Hüseyn Cavid yaradıcılığının öyrənilməsi və öyrədilməsi kontekstində)” və digər mövzuları əhatə edən məruzələr təqdim oluna bilər.