Böyük Britaniya və Şimali İrlandiyanın kraliçası Ülyahəzrət II Elizabet Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
APA-nın məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident!
Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə ən səmimi salamlarımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Sizə və Azərbaycan xalqına xoşbəxtlik, firavanlıq arzu edirəm".