Aprelin 25-də Azərbaycan-Fransız Universitetinə dair Niyyət Məktubu imzalanandan sonra Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Fransa Prezidenti Fransua Olland birgə nahar ediblər.
Xatırladaq ki, bu gün Azərbaycan və Fransanın Təhsil nazirlikləri arasında Azərbaycan Fransız Universitetinin yaradılması haqqında niyyət protokolu imzalanıb.