Bakıda SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) brendi altında ilk qazdoldurma stansiyası istismara verilib.
Bunu Trend-ə SOCAR-dakı mənbə deyib.
Qazdoldurma stansiyası yeni avtobus deposunda yerləşir.
Mənbə qeyd edib ki, bu qazdoldurma stansiyası Bakıda I Avropa Oyunlarının keçirilməsi zamanı istifadə ediləcək avtobusların sıxılmış təbii qazla (CNG) təmin edilməsi üçün nəzərdə tutulub:
"Gələcəkdə qazdoldurma stansiyalarının tikintisinin davam etdirilməsi mümkündür".
O, əlavə edib ki, hazırda Bakıda SOCAR brendi altında iki qazdoldurma stansiyası tikilir.