https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
https://525.az/img/pics/medium/2024-04/310474_5r5gk77yic.jpg Zəngəzur xatirələri və ya Naxçıvanda qorunan dəyərli irs
https://525.az/img/pics/medium/2024-01/298567_otkmfryng1.jpg Durnalı dəftərlər panteonu
https://525.az/img/pics/medium/2023-05/270325_t1f5o7k6ww.jpg Dərketmənin əzabından xilas yolları - Şəfa Vəli yazır
search
18 Aprel 2024

Qvardiola: "Gec-tez "Barselona"ya rəqib olacaqdım"

Qvardiola: "Gec-tez "Barselona"ya rəqib olacaqdım"

"Bavariya"nın baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkünü dəyərləndirib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssis yarımfinalda sabiq komandası "Barselona" ilə qarşılaşmalarının onun üçün xüsusi əhəmiyyət daşıdığını deyib:

"Bilirdim ki, gec-tez bu, baş verəcək. Mən "Barselona"da həm oyunçu, həm də məşqçi olmuşam. Bu baxımdan onlarla qarşılaşma mənim üçün xüsusi əhəmiyyət kəsb edəcək. Püşkdən razıyam. Mənim üçün yaxşı təcrübə olacaq. Gözəl və çətin oyun keçəcək. "Barselona" güclü komandadır. Luis Enrike həm yaxşı məşqçi, həm də gözəl insandır. Təbii ki, finala çıxmaq üçün çalışacağıq".

Qeyd edək ki, 44 yaşlı mütəxəssis 2008-2012-ci illərdə "Barselona"nı çalışdırıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.