Ukrayna xarici işlər naziri Pavel Klimkin NATO-dan ölkəsi üçün təhlükəsizlik təminatı istəyib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, əks təqdirdə P. Klimkin Ukraynanın NATO-dan vaz keçmək məcburiyyətində qalacağını bildirib.
“Ukrayna alyansdan təminat ala bilməsə, başqa variantlar axtarmağa məcbur olacağıq”, - deyə o vurğulayıb.