https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Biz rəqs edə bilirikmi? - Əlisəfdər Hüseynov yazır
https://525.az/img/pics/medium/2022-12/250042_rfamas45d2.jpg Hər şey sülh müqaviləsinə doğru - Sosial şəbəkədə yazılanlar
search
26 Aprel 2024

Türkiyə Avropa Oyunlarına 153 idmançı ilə gəlir

Türkiyə Avropa Oyunlarına 153 idmançı ilə gəlir
Türkiyə Milli Olimpiya Komitəsi I Avropa Oyunlarında iştirak edəcək idmançılarının sayını açıqlayıb. Apasport.az saytının məlumatına görə, “ay-ulduzlu” yığma iyunun 12-28-də Bakıda keçiriləcək yarışa 153 idmançı ilə qatılacaq.
 

Bu atletlərdən 90-ı kişi, 63-ü qadındı. Komanda Avropa Oyunlarında baş tutacaq 20 idman növündə təmsil olunacaq.
 
Türklər Bakı-2015-də atıcılıqda 4, atletikada 1, bədii gimnastikada 4, basketbolun 3X3 növündə 8 (kişi və qadın komandası), velosiped idmanında 6, boksda 13, qılıncoynatmada 3, güləşdə 24, kanoedə 6, karatedə 11, stolüstü tennisdə 2, kamandan oxatmada 2, çimərlik voleybolunda 4 (2 kişi komandası), samboda 1, sinxron üzgüçülükdə 10, su polosunda 13 (kişi komandası), triatlonda 3, voleybolda 24 (1 kişi, 1 qadın komandası) və üzgüçülükdə 12 idmançı ilə mübarizə aparacaqlar. Qonşu ölkənin yığma millisində 2 paralimpiyaçı cüdoçu da yer alacaq.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.