Türkiyədə qarşıdan gələn parlament seçkilərinə ana müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu da qatılacaq.
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə millət vəkilliyinə namizədləri müəyyən etmək üçün keçiriləcək seçkilərə CHP lideri Kamal Kılıçdaroğlu İzmirdən qatılacaq.
Qeyd edək ki, CHP tarixində ilk dəfə olaraq bütün üzvlərin iştirakı ilə partiya daxilində seçkilərə gedəcək.
Kamal Kılıçdaroğlu CHP-nin millət vəkilliyinə namizədlərinin siyahısı təyin edərkən Türkiyə daxilində 906 min 724 üzvə söz haqqı verdiyini açıqlayıb.