Bu gün Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin jurnalistlərlə "Holiday İnn" hotelində keçirdiyi görüş zamanı binanın qarşısında bir qrup gənc tərəfindən etiraz aksiyası keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiya sabiq prezident Mixail Saakaşvilinin tərəfdarları olan "Azad Zona" təşkilatının üzvləri tərəfindən təşkil edilib. İştirakçılar hökumətin istefasını tələb edən şüarlarla çıxış ediblər.