Bu gün balaca nəvəm Toğrulun bir yaşı tamam olur.Bu münasibətlə böyük babası Abdulla müəllim, babaları, nənələri, atası, anası, dayısı ,uzaq Norveçdən əmisi, bibisi və əmisi oğlu Özal,eləcə də onu çox istəyən hər kəs təbrik edir.Böyük oğlan olsun!
Nəvəm Toğrulun bir yaşına.
Min arzu, min dilək gətirdi onu,
Yazın ilk gününə doğuldu balam.
Hələlik bircə cüt dişi gəlibdi,
Bir şirin yeməli noğuldu balam.
Qatıb-qarışdırır küncü-bucağı,
Ən çox sevdiyi yer nənə qucağı.
Hərdən də sındırır qabı, qacağı,
Yamanca dəcəldi, dağaldı balam.
Şəkildə ördəyi, qazı tanıyır,
Balaca oyuncaq qızı tanıyır.
Divardan asılan sazı tanıyır.
Hələ balacadı, ağıllı balam.
Özündən böyükdü hirsi, davası,
Laçın dağlarıdı eli, obası.
Ərmağan göndərib Tanrı babası,
Oğlumun oğludu, Toğruldu balam.
Babası Nazim Əhmədli