Martın 20-də saat 15:00-da "Kapellhaus"da Birinci Bakı Beynəlxalq Poeziya Fesivalı çərçivəsində "100 dəqiqə şeir" adlı şeir axşamı keçiriləcək.
Poeziya Festivalı ilə bağlı Azərbaycana gələn bir çox əcnəbi şair burada yerli söz adamları ilə görüşəcək, təşkil olunan tədbirlərdə fikir mübadiləsi aparılacaq və şeirlər oxunacaq.
Proqram çərçivəsində türk şair Ataol Bəhramoğlu və gitara ifaçısı Haluk Çətin də çıxış edəcək.