Türkiyədə milli tankın hazırlanması üçün ciddi işlər görülür.
APA-nın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, ilk nümunəsi (prototipi) 2012-ci ildə istehsal edilən və “Altay” adlanan milli tanklar 2016-cı ildə tam hazır olacaq.
Türkiyə rəsmiləri bəyan edirlər ki, bəzi vaxtlarda, xüsusilə də Kıbrıs Barış Hərəkatı zamanı silah embarqosu ilə üzləşən Türkiyənin hər zaman yerli hərbi istehsala ehtiyacı olub. Bu baxımdan ölkənin milli tank istehsal etməsi qürur vericidir.