https://525.az/img/pics/medium/2024-03/308269_0pagv71pno.jpg AMEA-da Elm Günü qeyd olunub
https://525.az/img/pics/medium/2024-03/308264_kym7092gvt.jpg “525-ci qəzet”in 29 mart sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/296969_e268vukrxl.jpg Böyük Qayıdış: uğurla gerçəkləşən taleyüklü proqram
https://525.az/img/pics/medium/2024-02/301307_c4fdiv1vqa.jpg Çaparaq notlar - Firuz Mustafa yazır
search
29 Mart 2024
28 Mart 2024

I Avropa Oyunlarının medallarının təqdimat mərasimi keçirilib

2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarının medallarının təqdimat mərasimi təşkil olunub.

Apasport.az saytının məlumatına görə, tədbirdə qızıl, gümüş və bürünc mükafatlar təqdim edilib.
 
Medalların üzərində dekorativ Bakı-2015 brendinə uyğun şəkildə hazırlanmış unikal təsvirlər əks olunub.
 
Mükafatın mərkəzində Avropa Oyunlarının loqotipi olan tərtibat dinamik, heyrətamiz və zəngin mədəniyyətə malik ev sahibi şəhərin metaforasıdı. Medalın əks tərəfi isə Avropa Olimpiya Komitəsinin emblemini və mətn simvolunu əks etdirir.
 
Medalların tərtibatı Soçi-2014 qış olimpiya və paralimpiya oyunlarının medallarını hazırlamış məşhur zərgər brendi Adamasla azərbaycanlı rəssam Nərgiz Hüseynovaya məxsusdu. Medallar “Azersuvenir” şirkəti tərəfindən Azərbaycanda istehsal ediləcək.
 
 
Bakı-2015-in startına 100 gün qalması ilə əlaqədar keçirilən tədbir zamanı çıxış edən Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq medalların tərtibatının təqdim olunmasına da münasibət bildirib: “Avropa Oyunları medallarının bədii tərtibatını ictimaiyyətə təqdim etməklə, 100 günlük gerisayımın başlanğıcını qeyd etmək və Bakıda yarışacaq qitənin ən güclü idmançılarının uğurlarını səbirsizliklə gözləmək də həyəcanvericidi. Biz idmançıları özlərini daha yaxşı göstərə biləcəkləri arenalarla təmin edəcəyik. Mən bu göz oxşayan medal tərtibatlarının onların cəhdlərinə qarşılıq verəcəyinə inanıram”.

Təqdimetmədə bürünc medal Teymur Məmmədov, gümüş İlham Zəkiyev, qızıl isə Namiq Abdullayevin boynundan asılıb.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.