Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı yeni səfiri Robert Sekuta baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşüb.
APA-nın xəbərinə görə, səfirlikdən bildirilib ki, görüş zamanı qaçqın və məcburi köçkünlərin vəziyyəti, ABŞ-ın humanitar yardım layihələri müzakirə edilib.
Xatırladaq ki, ABŞ Senatının təsdiqi ilə Robert Frensis Sekuta 2014-cü il dekabrın 17-də Azərbaycana səfir təyin edilib.