Martın 3-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində NATO-nun Birləşmiş Təhlil və Öyrənilmiş Təcrübələr Mərkəzinin ekspertlər qrupu tərəfindən təlim kursu başlayıb.
525.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, kursda Silahlı Qüvvələrin şəxsi heyəti üçün NATO-da öyrənilmiş təcrübələr şəbəkəsinin qurulması və bu prosesin hansı mərhələləri əhatə etməsinə dair təqdimatların verilməsi nəzərdə tutulub.