|
|
|
|
Cenevrə şəhərində ABŞ dövlət katibi Con Kerri və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.
APA-nın xəbərinə görə, C. Kerri görüşdən dərhal sonra özünün “Twitter” səhifəsində aşağıdakı cümləni yazıb:
“Elə indicə Ukrayna, Suriya və İranla bağlı açıq diskussiya aparmaq məqsədilə Rusiya XİN-in rəhbəri Lavrovla görüş keçirdim”.
Hələlik görüşün nəticələri barədə məlumat yoxdur.