https://525.az/img/pics/medium/2024-04/311122_b1hfkgacxz.jpg Birinci siniflərə şagird qəbulu: prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2024-04/311123_csv76oo4sq.jpg "Əliağa Vahidin portreti" - "Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg Sabirin təyyarəyə mindirmək istədiyi adamlar - Rafael Hüseynov yazır
search
24 Aprel 2024

“Qəbələ” “Qarabağ”ın 18 oyunluq seriyasını qırdı

“Qəbələ” “Qarabağ”ın 18 oyunluq seriyasını qırdı

Qarabağ”ın ev qarşılaşmalarındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, 2014-cü il fevralın 1-də “Xəzər Lənkəran”a 0:1 hesabı ilə uduzandan sonra Ağdam təmsilçisi ardıcıl 18 ev matçında xal qazanmışdı.

Uğurlu seriya Azərbaycan Premyer Liqasının XXIV turunun “Qəbələ” ilə oyunundakı 0:1 hesablı məğlubiyyətlə qırılıb. Bu müddətdə 13 qələbə qazanıb, 5 heç-heçə edən Qurban Qurbanovun futbolçuları 392 gündən sonra öz meydanında xalsız qalıb. Bu da klub tarixində 3-cü göstəricinin təkrarıdır. 1992-93-cü illərdə 33, 1997-98-ci illərdə 23 ardıcıl ev oyununda uduzmayan ağdamlılar 2009-10-cu illərdə indiki kimi 18 matçlıq seriyaya imza artmışdı.

Qeyd edək ki, “Qarabağ”ın 6 oyunluq qələbə seriyası da qırılıb. 2014-cü il dekabrın 14-də səfərdə “Qəbələ”yə 1:2 hesabı ilə uduzan ağdamlılar 75 gün ərzində keçirdiyi 6 çempionat matçının hamısında qalib gəlmişdi.

Son çempionun seriyasını qıran “Qəbələ” Premyer Liqada yubiley – 100-cü qələbəsini qazanıb. Əyalət təmsilçisi çempionatda 100 və daha çox qələbə qazanan 11-ci komanda olub. Qəbələnin eyniadlı klubunadək “Neftçi” (385), “Qarabağ” (343), “Turan” (250), “Kəpəz” (239), “Bakı” (216), “İnter” (214), “Xəzər Lənkəran” (155), “Şəmkir” (132), “Viləş” (119), AZAL (109) 100-ü arxada qoyub.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.