|
|
|
|
Azərbaycan prezidenti İlham Əliyev bolqarıstanlı həmkarı Rosen Plevneliyevə başsağlığı verib.
525.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
”Hörmətli cənab prezident, Bolqarıstan Respublikasının keçmiş prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Jelyu Jelevin vəfatı xəbəri məni olduqca kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar sizə, mərhumun ailəsinə, bütün Bolqarıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.