Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Qırğızıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Ayciqit Buranovu qəbul edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə səfir A. Buranov etimadnaməsinin surətini E. Məmmədyarova təqdim edib.
Səfir A. Buranov ölkəsinin bütün sahələrdə Azərbaycanla əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.
E. Məmmədyarov səfir A. Buranova diplomatik fəaliyyətində uğurlar arzulayıb.