ABŞ-ın Moskvadakı səfirliyi dövlət katibi Con Kerrinin gələn həftə Rusiyaya səfər edəcəyi ilə bağlı xəbərləri təsdiqləməyib.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, səfirliyin nümayəndəsi açıqlamasında bildirib ki, onlar dövlət katibinin səfəri ilə əlaqəli heç bir hazırlıq işləri görmürlər.
Xatırladaq ki, Rusiya mediasında C. Kerrinin 4-5 fevral tarixlərində Rusiyaya səfərinin gözlənildiyi barədə xəbər yayıb.