Səhiyyə Nazirliyi dərman preparatlarının içlik vərəqələrində AMEA Dilçilik İnstitutu tərəfindən aparılan monitorinq nəticəsində aşkarlanan nöqsanlara münasibət bildirib.
APA-nın xəbərinə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib ki, bu məsələ tibbi terminologiya ilə bağlı olduğuna görə nazirliyin mütəxəssisləri tərəfindən də məsələyə baxılıb:
“Bu, bir qədər dar sahədir. Burada tibbi terminologiya məsələsi də var ki, dilçilər onu bilmirlər. Bu məsələdə onlarla ortaq məxrəcə gəldik.
Dərman preparatlarının içlik vərəqələri 99 faiz hallarda bir-bir yoxlanılır. Әfsuslar olsun ki, bəzi hallarda yoxlamadan keçməyən içlik vərəqələri də dərman preparatlarının içərisinə düşə bilir. Buna qarşı addımlar atılır və yəqin ki, gələcəkdə bu hallar olmayacaq”.