Xalq artisti Nuriyyə Əhmədovanın müalicəsi davam edir.
Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasının reanimasiya şöbəsindən APA-ya verilən məlumata görə, xalq artistinin səhhəti normaldır:
“Bu gün palataya köçürməyi müzakirə etmirik. Vəziyyəti imkan versə, ola bilər sabah, birigün köçürə bilərik. Vəziyyəti stabildir, huşu aydındır, suallara cavab verir”.
Şöbədən əlavə ediblər ki, baş-beyin müayinəsindən sonra N. Əhmədovada ciddi patalogiya aşkar olunmayıb.
Qeyd edək ki, N. Əhmədova yanvarın 23-də gecə saatlarında hipertoniya və qan dövranının pozğunluğu diaqnozu ilə xəstəxanaya qəbul edilib.