https://525.az/img/pics/medium/2024-04/310611_o7476wf05i.jpg “O şəxslər himayədar ailə ola bilməzlər ki...”
https://525.az/img/pics/medium/2024-04/310612_wmh02p1qw2.jpg Göydəki kişi bilər, ona min şükür...
https://525.az/img/pics/medium/2024-04/310543_yeq9t8hpxw.jpg Tanqo terapiyası nədir?
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Əbədi sevgi, yoxsa istək? - Əlisəfdər Hüseynov yazır
search
19 Aprel 2024

“Bəzi klubların daxilində alver gedir”

“Bəzi klubların daxilində alver gedir”

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bəzi klublar haqda sərt fikirlər səsləndirib.

Qol.Az-ın "Futbol+" qəzetinə istinadən yaydığı xəbərə görə, R.Musayev Antalyada jurnalistlərə açıqlamasında bəzi klubların işinin onu qane etmədiyini bildirib:

"Klublarımızın işi məni keçmiş klub rəhbəri kimi qane etmir. Bilirsiniz ki, transferlərin hamısı bizim imzamızın altından keçir. Əfsuslar olsun ki, klublara maliyyə buraxanlar komandada çalışan bəzi insanlara çox inanırlar. Həmin insanlar da bu inamdan istifadə edərək, böyük alverə keçib. Bunu çəkinmədən deyirəm ki, klublarımızın əksəriyyətində işlər düzgün getmir. Mən özümü tərifləmirəm. Klubda çalışdığım vaxt belə bir şey görmədim ki, hansısa futbolçu gəlib, 6 aydan sonra getsin. Bəs klubda çalışan məşqçi və ya klub rəhbəri hara baxır? Niyə məşqçidən soruşmur ki, sənin futbolçun 6 ay oynayıb, niyə getdi? Bir sıra klublarımızın daxilində alver gedir. Məşqçi kənarda qalıb, sıravi işçi komandaya futbolçu gətirir.

"Neftçi"də çalışanda məşqçi mənə deyirdi ki, filan oyunçu lazımdır. Mənim onu hansı qiymətə almağımın isə məşqçiyə aidiyyatı yox idi. Sözsüz ki, büdcəmizə uyğun davranırdıq. O vaxt oynayan futbolçular indi mənə deyir ki, Ramin müəllim, siz bizə qarşı xəsislik etmisiz. Onda pul olmasa da, mehribanlıq var idi. Hər şey pulla ölçülmür. Bütün sadaladıqlarıma görə həqiqətən də şokdayam. Klubların sponsorlarına səslənirəm ki, komandalarda pullar düzgün xərclənilmir. Vəssalam!"

Antalyada təlim-məşq toplanışında olan klublarımızın yoxlama oyunlarını izləyən Ramin Musayev həmin vaxt bir epizodun ona çox pis təsir etdiyini deyib: "Burada izlədiyim oyunlarda bir epizod mənə çox pis təsir etdi. Ancaq xahiş edirəm ki, dırnaq arasında heç kimin adını hallandırmayasız. Necə deyirəm, elə də yazın. Ağasəlim Mircavadov, Şahin Diniyev, Vaqif Sadıqov, Şakir Qəribov, Yaşar Vahabzadə və başqaları, yəni ölkə futbolunda əziyyət çəkmiş insanlar klubun oyununu izləyir. Komandanın bir işçisi, rəhbəri ayağını ayağının üstünə qoyub, oyuna baxır. Qonaqlara yaxınlaşıb, "xoş gəlmisən" də demədi. Belə klub rəhbəri olar? Belə hörmətsizlik olmaz. And olsun, özüm-özümə nifrət edtim ki, gör kimlərlə... Bu, bizim mentallığa uyğun deyil. Mən özüm bir kənara, bizim ağsaqqalara niyə hörmət etmirsən? Bəs o klubda çalışan məşqçi bizim mütəxəssisə hörmət qoyarmı? Elə bir insandan necə dərs alacaqlar?"

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.