Lent.az-ın “milliyyet”-ə istinadən verdiyi məlumata görə, rəsmi Ankara Şimali İraqa qədər dəmir yolu xətti çəkəcək.
Bundan başqa, Türkiyə sürətli qatar xətlərini qonşu ölkələrlə sərhədlərədək uzadacaq.
Belə ki, Ankara-Sivas sürətli qatar xəttində iş tamamlandıqdan sonra Ərzincan-Qars dəmir yolu xətti ilə sürət qatarı xəttinin Azərbaycana da birləşdirilməsi də nəzərdə tutulub. Bunun yaxın illər ərzində baş tutacağı gözlənilir.