Fövqəladə Hallar Nazirliyinin Fatmayıdə baş vermiş partlayışla bağlı məlumat yayıb.
525.az-ın FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Abşeron rayonunda, fərdi yaşayış evində partlayış baş verməsi və dağıntılar altında vətəndaşın köməyə ehtiyacı olması barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb edilmişdir. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 11:10-da başa çatıb.