Prezident İlham Əliyev Xaçmaz rayonunun Qusarçay-Pirquluoba-Yeni Həyat avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
525.az-ın məlumatına görə, sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Qusarçay-Pirquluoba-Yeni Həyat avtomobil yolunun tikintisi məqsədi ilə 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Xaçmaz Rayon İcra Hakimiyyətinə 4 milyon manat ayrılıb.
Maliyyə Nazirliyi nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edəcək.