Gürcüstanın xalq artisti, məşhur müğənni Vaxtanq Kikabidze Bakıda solo konsert verəcək.
APA-nın Heydər Əliyev Mərkəzinin rəsmi saytına istinadən verdiyi məlumata görə, konsert dekabrın 20-də Heydər Əliyev Mərkəzində “Mənim dəbdən düşməyən mahnılarım” adı altında baş tutacaq.
V. Kikabidze proqramda yaradıcılığının müxtəlif dövrlərində ifa etdiyi, ona uğur və şöhrət qazandıran mahnılarını təqdim edəcək.