Gənclər üçün Təhsil Mərkəzinin ekoloji işçı qrupunun könüllüləri “ Sənaye ili “ çərçivəsində “Təmiz Şəhər” ASC-nin tullantıların çeşidlənməsi və tullantıların yandırılması müəssisələrinin iş prosesi ilə əyani tanış olmaq üçün zavoda tanışlıq səfəri təşkil edib.
Lent.az-ın məlumatına görə, məlumat turu zamanı tələbələr tullantıların zərərsizləşdirilməsi və çeşidlənməsi prosesini izləyib, ekspertlər tərəfindən tullantıların çeşidlənməsi haqqında geniş praktiki biliklər əldə ediblər. Mərkəz tərəfindən təşkil olunan görüş gənclərdə ekoloji mədəniyyətin inkişafı, o cümlədən ətraf mühitin mühafizəsi sahəsinə gənc mütəxəssisləri cəlb etmək məqsədi daşıyır.