Qazaxıstan parlamentinin aşağı palatası – Milli Məclis dekabrın 18-də Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması ilə bağlı müqaviləni təsdiqləyib.
Avrasiya İqtisadi İttifaqını bu il mayın 29-da Rusiya, Qazaxıstan, Belarus yaradıblar. Ermənistanın bu ittifaqa qoşulması haqqında müqavilə Ali Avrasiya İqtisadi Şurasının oktyabrın 10-u Minskdə keçirilən sammitində imzalanıb.
Rusiya, Qazaxıstan, Belarus, Ermənistan prezidentlərinin imzaladığı müqavilə dörd ölkənin parlamentində təsdiqlənməli və 2015-ci il yanvarın 1-dən qüvvəyə minməlidir.
Ermənistan parlamentində bu proses yekunlaşıb, Rusiyada isə müqaviləni Dövlət Duması ratifikasiya edib.
Mediaforum.az