Azərbaycan prezidenti İlham Əliyev mavritaniyalı həmkarı Məhəmməd uld Əbdüləzizi ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
525.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:
“Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Mavritaniya əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq daim dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkr. Bu xoş gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Mavritaniya xalqına sülh və firavanlıq arzulayıram”.