Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə noyabrın 28-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, SSRİ Xalq artisti, professor Arif Məlikovun müəllif konserti keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən bildirilib ki, tədbirdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestri ilə birgə tanınmış pianoçu, Fransada yaşayan həmyerlimiz, Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva çıxış edəcək.
Proqramda Arif Məlikovun ikinci və altıncı simfoniyası, "Metamorfozlar" simfonik poeması, Fortepiano və orkestr üçün konsert səslənəcək.