Cənubi Koreya hakimiyyəti selfi çəkilişləri üçün lazım olan ştativlərin satışını qadağan edib.
Musavat-ın Lenta.ru saytına istinadən verdiyi xəbərə görə, qadağaya səbəb alətin funksionallığı üçün gərəkli olan bluetooth modulunun ölkədə sertifikatlaşdırılmamasıdır. Qadağanı pozanları ciddi cəza gözləyir.
Onlar 3 ilə qədər azadlıqdan məhrum etmə, eləcə də 27 min dollara yaxın pul cəriməsi gözləyir. Selfi üçün lazım olan ştativin məbləği 5 dollardan başlayır. Ondan tez-tez qrup avtoportretlərdə istifadə edilir.