|
|
|
|
Milli Məclisin sədr müavini Bahar Muradova QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan vəsaitin artırılmasının vacibliyini vurğulayıb.
Parlamentdə 2015-ci il Dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı çıxış edən vitse-spiker qeyd edib ki, hazırda QHT-lərə 6 milyon manat nəzərdə tutulur:
"Mən deyə bilmərəm ki, bu çoxdur. Bunun nə qədər olacağını bilmirəm. Hər halda bu vəsait artırılmalıdır.
Dünyada təhlükəli tendensiyalar artır.Bəzən biz müxtəlif məsələlərə sonradan reaksiya verməli oluruq.
Amma belə halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görülməlidir. Regionda olan münaqişələr və artıq dünyanın hər yerini əhatə edir. Aparıcı dövlətlər beynəlxalq hüququn normalarına sayğısız yanaşır.
Azərbaycana qarşı haqsızlıqlar artıb. Bəzən biz haqlı mövqeyimizi sübut etməli oluruq. Azərbaycan həqiqətlərinin dünyada yayılması üçün "İctimai iştirakçılıq haqqında" qanunun icrası istiqamətində addımlar atılmalıdır. Artıq Milli Məclis bu yöndə ilk addımı atıb. QHT-lərə Dövlət Dəstəyi Şurası ilə əməkdaşlıq memorandumu imzalayıb".
KAMİL