Lent.az-ın vesti.ru-a istinadən məlumatına görə, hadisə Kamçatkada baş verib. Kamçatka çayının üzərində tikilmiş körpünün açılışına gedən "Toyota Hiace" markalı mikroavtobus yoldan çıxaraq aşıb.
Qəza zamanı mikroavtobusda 10 nəfər, o cümlədən rayon qubernatorunun mətbuat xidmətinin rəisi Aleksey Yelaş da olub.
Qəzada jurnalistlərdən 2-i ölüb, 2-i isə yaralanıb.