“Bilirdik ki, erməni birləşmələri qarşıdakı təpələrin arxasında hərbi təlim keçirlər. Onların uçuş istiqamətini öyrənmişdik. Həmin istiqaməti daim nəzarətdə saxlayırdıq”.
APA-nın məlumatına görə, bunu Müdafiə Nazirliyinin rəsmi orqanı olan “Azərbaycan Ordusu” qəzetinə müsahibəsində noyabrın 12-də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum etmiş Ermənistan Ordusuna məxsus Mi-24 döyüş helikopterini məhv etmiş çavuş İlkin Muradov deyib.
İ. Muradov bildirib ki, hadisədən üç gün əvvəl düşmənin bir helikopteri uzaqdan müşahidə edilib. Helikopter qarşıdakı dağın ətəyindən ermənilərin təlim mərkəzinə gedib və sonra qayıdıb. Noyabrın 12-də isə helikopterlər Azərbaycan Ordusunun səngərlərinə yönəlib.