Təhsil Nazirliyinin rəsmisi universitetlər üçün şəhərciklərin- kampusların salınmasından danışıb. "Universitet şəhərciklərinin - kampusların yaradılması üçün artıq iş başlayıb".
Bu barədə Modern.az saytına Təhsil Nazirliyinin Elm və təhsil şöbəsinin rəhbəri Gültəkin Hüseynova məlumat verib. Onun sözlərinə görə, bu iş üçün panlaşdırılma aparılmalıdır:
"Bunun üçün planlaşdırılma aparılmalı və maliyyə ayrılmalıdır. Sonra tikintiyə başlanılacaq. Kampuslar Xocasən ərazisində salınacaq".