Bu gün Nəsimi Rayon Məhkəməsində Sülh və Demokratiya İnstitutunun həbsdə olan əməkdaşı Arif Yunusun ev dustaqlığına buraxılması barədə müdafiə tərəfinin verdiyi vəsatətə baxılıb.
Vəkil Xalid Bağırovun APA-ya verdiyi məlumata görə, məhkəmə vəsatəti təmin etməyib.
Qeyd edək ki, Arif Yunus Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq) maddələri ilə təqsirli bilinir.