Nizami Kino Mərkəzində “Lənətlənmişlərin məskəni” və “Vikinqlər” bədii filmləri və “Qəhrəmanlar şəhəri” animasiya filmləri nümayiş olunur.
Mərkəzdən bildirilb ki, Amerika istehsalı olan “Lənətlənmişlərin məskəni” filmini rejissor Bred Anderson triller janrında çəkib. Filmdə baş rolları Keyt Bekinseyl, Cim Styorcess, Brendan Qlison, Ben Kinqsli, Maykl Keyn, Devid Tyulis və başqaları oynayıblar. İsveçrə, Almaniya və Cənubi Afrika Respublikasının kinematoqrafçılarının birgə işi olan “Vikinqlər” filmini rejissor Klaudio Fax döyüş və macəra janrında çəkib.
Filmdə baş rollara Rayan Kvanten, Ceyms Norton, Ed Skreyn, Çarli Merfi, Tom Xopper və başqaları çəkiliblər. Amerika istehsalı olan “Qəhrəmanlar şəhəri” cizgi filmini rejissorlar Don Holl və Kris Uilyams ailəvi komediya və döyüş janrında çəkiblər. Filmdə rolları TiCey Miller, Ceymi Çunq, Maya Rudolf və başqaları canlandırıb.