Qızının toy mərasimində iştirak etmək üçün azadlığa buraxılan “Tolişi Sedo” qəzetinin baş redaktoru Hilal Məmmədov həbsxanaya qayıdıb.
Baş redaktorun qardaşı Səbahəddin Məmmədovun APA-ya verdiyi məlumata görə, ötən gün Hilal Məmmədov qızının toy mərasimi bitəndən sonra cəzaçəkmə müəssisəsinə qaytarılıb.
Qeyd edək ki, Hilal Məmmədov oktyabrın 23-də övladının toyunda iştirak etmək üçün azadlığa buraxılıb.