Məşhur rusiyalı telejurnalist Yevgeni Kiselyov Ukraynadan deportasiya olunur.
APA-nın Lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə jurnalist Pavel Şeremet özünün “Twitter” mikrobloqunda məlumat verib.
Onun sözlərinə görə, Y.Kiselyov hazırda Kiyevin Borispol hava limanının deportasiya olunanlar üçün otağındadır: “Ona deportasiyanın səbəbləri barədə məlumat verilmir”.