Kürd silahlıları “İŞİD” terror qruplaşmasının Kobani yaxınlığında Suriya-Türkiyə sərhəd nəzarət-buraxılış məntəqəsini ələ keçirmək cəhdini dəf ediblər.
APA-nın xəbərinə görə, Suriyanın “Ahbar Suriya” xəbər portalının məlumatına əsasən, “İŞİD” Suriya-Türkiyə sərhədində nəzarət-buraxılış məntəqəsini nəzarətə almaq məqsədi ilə hücuma keçib. Strateji obyektə hücum eyni vaxtda üç istiqamətdən həyata keçirilib". Məlumata görə, kürd silahlıları “İŞİD”-in həmləsini dəf ediblər.