Prezident İlham Əliyev Qətər dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mübarək bin Fəhd Əl-Tanini fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
525.az-ın məlumatına görə, görüşdə Azərbaycanla Qətər arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyi məmnunluqla vurğulanıb.
Əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib, əlaqələrimizin bundan sonra da dərinləşəcəyinə əminlik ifadə olunub.