“Media forum” saytı xəbər verir ki, Avropa Parlamenti oktyabrın 22-də Avropa Komissiyasının 2014-2019-cu illər üçün yeni tərkibini təsdiqləyib.
Avropa parlamentinin 699 üzvündən 423-ü Jan Klod Yunkerin sədrlik etdiyi yeni tərkibin lehinə, 209-u əleyhinə səs verib, 67 deputat bitərəf qalıb.
Jan Klod Yunker 1995-2013-ci illərdə Lüksemburqun baş naziri postunu tutub.
Avropa İttifaqı Şurası yeni tərkibi təsdiqləsə, Avropa Komissiyası noyabrın 1-dən fəaliyyətə başlayacaq.