Çeçenistanın dövlət başçısı Ramzan Kadırov İraq və Suriyanı qana boyayan terrorçu “İŞİD”in rəhbəri Əbu Bəkr əl-Bağdadini hədələyib.
Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, çeçenlərin lideri adamlarının onu tapan kimi məhv edəcəyini vurğulayıb:
“Bu banditlərin rəhbəri hansısa Bağdadi bir dəfə xütbə ilə çıxış edib və sonra yoxa çıxıb. Mənim adamlarım onu axtarır, lakin o heç yerdə yoxdur. Adamlarım onu tapan kimi məhv edəcəklər”.
Ramzan Kadırov tez-tez “İŞİD”i hədələyir. O, bundan öncə əl-Bağdadinin Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Devid Petreusun adamı olduğunu iddia edirdi.