Oktyabrın 20-dən 21-nə keçən gecə İsmayıllı rayonunun dağlıq ərazilərinə ilk qar yağıb.
Rayon icra hakimiyyətinin fövqəladə hallar komissiyasından AzərTAc-a verilən məlumata görə, Niyaldağ dağ silsiləsi tamamilə qar örtüyünə bürünüb. Burada qarın hündürlüyü 10-15 santimetrə çatır.
Rayonun şimal hissəsindəki Buravdal, Kəndəhal, Həftəsiyab və digər kəndlərdə artıq qış ab-havası duyulur. Bu yaşayış məntəqələrində havanın temperaturu gündüzlər 6-8 dərəcəyə enib.
Niyaldağa yağan qar Ağsu rayonu ərazisində də havaların soyumasına səbəb olub.