Prezident İlham Əliyev Nəqliyyat Nazirliyinin əsasnaməsində dəyişiklik edilməsi barədə fərman imzalayıb.
525.az-ın məlumatına görə, fərmana əsasən nazirliyin səlahiyyəti artırılıb. Belə ki, Nəqliyyat Nazirliyinə avtomobil yollarının vahid dövlət reyestrini aparmaq səlahiyyəti verilib.