BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı iclası oktyabrın 24-nə planlaşdırılıb.
APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın BMT yanında daimi nümayəndəliyinin mətbuat katibi Aleksey Zaytsev bildirib.
“Ukraynadakı vəziyyətlə bağlı açıq debatlar keçiriləcək”, deyə o qeyd edib.
İclasın açıq olacağı bildirilir.
Bundan əvvəl Rusiya XİN Ukraynada keçirilmiş etiraz aksiyalarından sonra BMT və ATƏT-i Kiyevə təsir etməyə çağırıb.