Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın “Rosneft” Dövlət Neft Şirkətinin prezidenti İqor Seçini qəbul edib.
525.az-ın məlumatına görə, görüşdə “Rosneft” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən həm Azərbaycanda, həm də Rusiyada həyata keçirilən birgə layihələr barədə məlumat verilib, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.