Avropa İttifaqının Xarici İşlər Şurasının bu gün keçiriləcək sessiyasında Ukraynadakı vəziyyət, Minsk razılaşmasının tələblərinin yerinə yetirilməsi istiqamətində atılan addımlar və Rusiyaya qarşı tətbiq olunan sanksiyalar müzakirə olunacaq.
APA-nın İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Ketrin Eşton deyib.
“Biz hazırkı vəziyyəti təhlil edəcəyik və növbəti addımları müəyyənləşdirəcəyik”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Avropa İttifaqı Minsk razılaşmasının tələblərinin yerinə yetirilməsi üçün Rusiyanın atdığı addımların Moskvaya qarşı sanksiyaların tam və ya qismən aradan qaldırılması üçün əsas amil ola biləcəyini bəyan edib.