Azərbaycan Respublikasının Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun açılışına qatılıb.
525.az-ın məlumatına görə, dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.
Xatırladaq ki, hazırda avtomobil yolunun 24 kilometrlik hissəsinin inşası başa çatdırılıb. Layihə çərçivəsində yol üzərində 15 su keçidi tikilib, 4-ü bərpa olunub. Yolun kənarında 550-yə yaxın siqnal dirəkləri yerləşdirilib.